ROSKO

Halal ət və ət məhsulları

ROSKO haqqında

“ROSKO” ticarət nişanlı “HARUN N” MMC ət məhsulları emalı şirkəti dad və keyfiyyətə diqqət yetirən ənənəvi kolbasa hazırlanma üsullarını halal qida texnologiyaları və müasir texnika ilə birləşdirir. Müştərilərinə üstün keyfiyyətli xammaldan və inqrediyentlərdən unikal kolbasa və sosis istehsal edib çatdırmaq məqsədi daşıyır.

Məhsullar yüksək keyfiyyətli paketləmə maşınlarında avtomatik olaraq paketlənir. Keyfiyyətli qılaflar və paketləmə avadanlıqları məhsulun uzun müddət təzə qalmasını və müştəriyə düzgün çatdırılmasını təmin edir.

Şirkət yalnız yüksək keyfiyyətli mal əti, toyuq əti və təbii ədviyyatlardan istifadə edir. Bütün xammallar müvafiq yoxlama prosedurlarından keçir.

Müəssisəmiz Respublikamızda ət emalçıları arasında ilk olaraq AQTi halal sertifikatını almışdır.

ROSKO, AQTİ tərəfindən Halallıq Sertifikatı ilə təsdiqlənmiş

ilk kolbasa brendidir.

Halaldan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır.

Tərəfdaşlar